Draft:Demir Hasanoglu

Dəmir Həsənoğlu (tam adı: Dəmir Həsənoğlu; 23 mart 1939, Azərbaycan SSR, Gədəbəy rayonu, Ali İsmayıl kəndi – 12 yanvar 1998, Gədəbəy rayonu) — azərbaycanlı aşiq, folklorist, filoloq və mədəniyyət xadimi. Azərbaycan aşiq sənətinin inkişafı və qorunmasına mühüm töhfələr vermiş yaradıcı aşiq.

Həyatı və təhsili

[edit]

Dəmir Həsənoğlu 23 mart 1939-cu ildə Gədəbəy rayonunun Ali İsmayıl kəndində anadan olmuşdur. Filologiya ixtisası üzrə ali təhsil alıb. O, erkən yaşlarından aşıq sənətinə maraq göstərmişdir. 12.01. 1998-ci ildə Gədəbəy rayonunda vəfat etmiş, Ali İsmayıl kəndində dəfn olunmuşdur.[1]

Ailə həyatı

[edit]

1986-cı ildə Həsənova Asya (Asya müəllimə) ilə ailə həyatı qurmuşdur.

Fəaliyyət və Yaradıcılığı

[edit]

Dəmir Həsənoğlu Azərbaycan aşıq sənətində vokal müşayiəti olmadan solo saz ifa tərzini formalaşdıran sənətkarlardan biri kimi tanınır. Onun bu üslubu sənətkarın bədii kimliyinin əsas cizgilərindən biri olmuşdur. Həsənoğlu həmçinin tar və gitarada da peşəkar ifa etmiş, ənənəvi simli alətlərdə çoxşaxəli bacarığını nümayiş etdirmişdir.

Saz ifasında texniki yeniliklərə imza atan Dəmir Həsənoğlu, ənənəvi olaraq istifadə olunmayan kiçik barmağı (çeçələ barmaq) aktiv şəkildə tətbiq etmiş və “gül” adlanan yeni bəzəkli səslər yaratmışdır. Bu ifa texnikası Azərbaycan aşiq musiqisinin ifade imkanlarını genişləndirmişdir.

Şair İlyas Tapdıqlının “Gədəbəydədir” şeirində Dəmir Həsənoğlunun saz ifası və çeçələ barmaq texnikası xüsusi olaraq vurğulanmışdır.[2]

Pedaqoji fəaliyyəti

[edit]

Dəmir Həsənoğlu uzun illər təmənnasız fərdi saz dərsləri keçmiş, bu dövrdə yüzə yaxın şagird yetişdirmişdir. Bununla birlikdə, 1986–1998-ci illərdə Gədəbəy Rayon Uşaq İncəsənət Məktəbində saz ixtisası üzrə dərs demiş, bölgədə aşıq ənənəsinin davamlılığında mühüm rol oynamışdır.

İrsi və bilinməsi

[edit]

Dəmir Həsənoğlunun saz ifaları, o cümlədən “Cəlili” və “Dəmir Gözəlləməsi” havaları Azərbaycan Dövlət Televiziya və Radio Şirkətinin Qızıl Fondunda qorunub saxlanılır. Bu dərin irsə görə də sənətkar “Cəlili Dəmir” adı ilə də xatırlanır.[3]

1989-cu ildə tanınmış Azərbaycan şairi Sərraf Qasım Dəmir Həsənoğluna ithaf etdiyi “Dəmir sazında” şeirində onun fərqli saz ifaçılığını yüksək qiymətləndirmişdir.[4]

2002-ci ildə Mədəniyyət Nazirliyinin göstərişi və Yerli İcra orqanlarının təşkilatçılığı ilə Dəmir Həsənoğlunun xatirəsinə həsr olunmuş yubiley tədbiri Ali İsmayıl (Alnabat) kənd Mədəniyyət Evində keçirilmişdir. Tədbirdə yerli mədəniyyət xadimləri, aşıqlar və regional icra nümayəndələri iştirak etmişdi.[5]

Mənbələr

[edit]
  1. ^ İlyas Tapdıq, ed. (2005). Gədəbəy şairləri və aşıqları (in Azerbaijani). Bakı: Azərnəşr. p. 352.
  2. ^ İlyas Tapdıq, ed. (2005). Gədəbəy şairləri və aşıqları (in Azerbaijani). Bakı: Azərnəşr. p. 352.
  3. ^ Azərbaycan Dövlət Teleradio Şirkətinin Qızıl Fondu arxiv materialları (Report) (in Azerbaijani). Azərbaycan Dövlət Teleradio Şirkəti. 1969. Dəmir Həsənoğlunun saz ifaları, o cümlədən "Cəlili" və "Dəmir Gözəlləməsi" aşıq havaları Qızıl Fondda mühafizə olunur
  4. ^ Qasım, Sərraf (1989-09-09). "Dəmir sazında". Tərəqqi (in Azerbaijani).
  5. ^ "Dəmir Həsənoğluna həsr olunmuş yubiley tədbiri". YouTube (in Azerbaijani). 2002.